Bayden: Mask və onun varlı dostlarından bezmişəm

18 İyul 2024 09:59

ABŞ Prezidenti Co Bayden amerikalı sahibkar İlon Mask və onun varlı dostlarından bezdiyini söyləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar lideri bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.

"Mən Elon Mask və onun zəngin dostlarının seçkini satın almağa çalışmasından bezmişəm", - Birləşmiş Ştatlar prezidenti qeyd edib.

Xatırladaq ki, hazırda ABŞ-də ən çox müzakirə edilən mövzulardan biri iş adamlarının Donald Trampın kampaniyasına sponsorluq etməsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun