Vətən müharibəsində iştirak edən zabit vəfat etdi

18 İyul 2024 09:49

Vətən müharibəsi qazisi vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, əslən Ucar rayonundan olan zabit Ağasəf Əlmirzə oğlu Abdullayev uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Onun doğulduğu Bərgüşad kəndində dəfn olunduğu qeyd edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun