Almaniya kansleri dünya liderlərinə müraciət etdi

18 İyul 2024 07:55

"Etdiyimiz hər şey, indi uzaq görünsə də, silahlara nəzarət məsələlərinin dünyanın böyük dövlətləri tərəfindən müzakirə edildiyi və bir-birimizlə razılaşaraq silahlanma yarışından çıxacağımız ana gətirib çıxarmalıdır".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolts "ARD TV"yə müsahibəsində deyib

Kansler, Rusiyanın bütün tərksilah müqavilələrindən çıxdığını və Almaniyanın buna cavab verməli olduğunu söyləyib: "Buna görə də o qədər güclü olmalıyıq ki, heç kim bizə hücum etməsin".

İyulun 10-da ABŞ və Almaniyanın birgə bəyanatında deyilir ki, Vaşinqton 2026-cı ildə Almaniya ərazisində hazırda Avropada yerləşdirilənlərdən daha uzun mənzilli yeni atəş silahları yerləşdirməyə başlayacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun