Səudiyyə şahzadəsi Pezeşkiana zəng etdi

18 İyul 2024 06:23

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla İranın yeni Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, vəliəhd Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib.

Məlumata görə, rəsmilər ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun