Maşını restoranda əyləşənlərin üzərinə sürdü: ölən var

18 İyul 2024 00:25

Fransanın paytaxtı Parisdə naməlum kişi avtomobili restoranın terrasında əyləşən müştərilərin üzərinə sürüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 20-ci dairədə, Per-Laşez prospektində baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Sürücü ərazidən qaçsa da, polis avtomobilin sərnişinlərdən birini yaxalayıb.

Olayın məqsədli şəkildə törədildiyi, yaxud adi qəza olduğu məlum deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun