Rusiyadan Ermənistana gözlənilməz qadağa

18 İyul 2024 06:38

Rusiya iyulun 15-dən Ermənistan meyvə və tərəvəzlərini qəbul etməyi dayandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbərinə göndərdiyi məktubda bildirilib.

Rəsmi izahat budur ki, aprel ayından Ermənistan meyvə-tərəvəzlərində pestisidlərin olması yüksəkdir.

Məktub iyulun 4-də "Rosselxoznadzor"un sədr müavini Karmazinin imzası ilə göndərilib. Məktuba əlavə olaraq məhsullarının Rusiyaya tədarükü qadağan edilən tədarükçü şirkətlərin 18 səhifəlik siyahısı verilmişdir ki, bu da bütün meyvə-tərəvəz istehsalçılarını nəzərdə tutur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun