Bu ölkələr Belarus maşınlarına qadağa qoydu

17 İyul 2024 22:39

Estoniya sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaqlar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

"AB-nin Belarusa tətbiq etdiyi sanksiyalara Belarus nömrəli avtomobillərin idxalına qadağa da daxildir", - məlumatda bildirilib.

Oxşar tədbirlər Litva tərəfindən də həyata keçirilib. Belarus avtomobillərinin ölkəyə girişinə qadağa iyulun 18-dən qüvvəyə minəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun