ABŞ İsrail hərbçisinə sanksiya tətbiq etdi

18 İyul 2024 07:00

ABŞ İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılıqda iştirak edən İsrail Müdafiə Qüvvələrinin çavuşuna qarşı sanksiyalar tətbiq edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddən məlum olduğu kimi, çavuş Elor Azariyaya qarşı "insan hüquqlarının kobud şəkildə pozulması, o cümlədən adam öldürmə" maddəsi ilə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun