İrəvanda böyük yanğın: binanın 1000 kv.m-i yanır

17 İyul 2024 21:59

İrəvanda tikilməkdə olan binada güclü yanğın baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 17-də saat 19:52-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tıçini küçəsi 320 ünvanında tikilməkdə olan yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

İlkin məlumatlara görə, yanğın 8-ci mərtəbədə baş verib və təxminən 1000 kv.m ərazini əhatə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun