"Neftçi" Türkiyə klubuna qalib gəlib

17 İyul 2024 20:14

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşıb.

"Palandöken Yüksek İrtifa Camp Facilities"də keçirilən matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun