Jurnalist axtarışa verildi

17 İyul 2024 20:06

Tanınmış jurnalist Andrey Zaxarov axtarışa verilib.

Rusiya Daxili İşlər Nazirliyi xarici agent kimi tanınan jurnalist barəsində axtarış elan edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 2024-cü ilin aprelində Zaxarov barəsində cinayət işi açılıb. İyunun 11-də isə Sankt-Peterburqun Kolpinski məhkəməsi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məlumatları səlahiyyətli orqana təqdim etmədiyi üçün Zaxarovu 40 min rubl məbləğində cərimələyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun