Onun konsertinə telefonla girmək qadağandır

17 İyul 2024 20:23

Konsert turuna çıxmağa hazırlaşan Nobel mükafatlı musiqiçi Bob Dilan konsertlərində telefonlara qadağa qoyub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 83 yaşlı sənətçi verilişlərində kameralı telefonlardan istifadə ilə bağlı yeni sərt qayda tətbiq edib. Onun bu addımı pərəstişkarları arasında böyük mübahisələrə səbəb olub.

Məşhur müğənni bu ilin sonunda "Rough and Rowdy Ways" adlı albomunun qastrolu üçün İngiltərəyə gedəcəyini açıqlayıb. Amerikalı ulduz müğənni London, Edinburq, Nottingem, Vulverhempton və digər şəhərlərdə tamaşaçılara telefondan istifadəni qadağan edib.

Konsert iştirakçıları məkana gələndə onlardan Dilanın çıxışından əvvəl telefonlarını təhlükəsiz seyflərə yerləşdirmələri xahiş olunacaq. Telefonlar avtomatik seyflərdə toplanaraq tamaşanın sonunda sahiblərinə veriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun