Qalmaqallı eşq üçbucağı: Məşhur reper İkardini qıcıqlandıracaq paylaşım etdi - FOTO

17 İyul 2024 17:34

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi və həyat yoldaşı Vanda Naranın boşanacaqları ilə bağlı xəbərlər fonunda yeni bir paylaşım gündəm olub.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az Argentina mətbuatında çıxan xəbərlərə istinadən bildirir.

Bir vaxtlar adı Vanda ilə eşq dedi-qodularında hallanan, klipində Vanda ilə açıq-saçıq səhnələrə çəkilən və hətta İkardi ilə ayrılmasına səbəb kimi göstərilən reper L-Gante sosial şəbəkə hesabında Mauro İkardi ilə birlikdə olduğu fotosunu paylaşıb.

"Mənə bir sual verin", - deyə L-Gante paylaşdığı fotoya şərh yazıb və bundan sonra izləyicilərdən suallar gəlməyə başlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun