Tənzilə Rüstəmxanlı namizəd oldu

17 İyul 2024 14:21

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox yeniliklərin olacağı gözlənilir. Seçki nəticəsində yeni simaların da parlamentdə təmsil olunacağı istisna edilmir. Bu şəxslərdən biri də ictimai-siyasi xadim, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının olacağı iddia edilir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Tənzilə Rüstəmxanlı xəbəri təsdiq edib.

O, namizədliyini irəli sürdüyünü bildirib:

"Bəli, bu il Neftçala rayonu 61 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Yəqin ki, imza vərəqlərini sabah götürərəm. Bundan sonra artıq imza toplamağa başlayacağam".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun