YAP-ın siyahısında onların adı yoxdur

17 İyul 2024 11:42

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.

Həmçinin namizədliyi irəli sürülməyən YAP üzvlərinin bəzilərinin adları bəlli olub. Onların arasında Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Möhbalıyev var.

Qeyd edək ki, bu gün ərzində YAP-ın siyahısının açıqlanacağı gözlənilir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun