“Hyundai İ20” mopedlə toqquşdu - ölən var

17 İyul 2024 09:57

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Kamal Cəlilovun idarə etdiyi "Hunday HD 120" markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub.

Hadisə nəticəsində ağır xəsarət alan F.Fətullayev xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun