Bakıda eyni nömrəli iki avtobus fərqli istiqamətlərə gedir? - RƏSMİ CAVAB - VİDEO

18 İyul 2024 04:04

İyulun 1-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların nömrəsi dəyişdirilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sonradan aydın olub ki, eyni nömrədə başqa marşrut avtobusları da var.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı şəhərində əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.

Marşrut xətləri optimallaşdırılır. Bununla əlaqədar olaraq marşrut xətləri müsabiqəyə çıxarılaraq yenilənir. Yenilənmə zamanı şəhərdaxili, şəhərkənarı və qəsəbələrarası marşrutların fərqlənmələri üçün nömrələrində də dəyişiklik edilir.

Hazırda cəmi iki nömrə təkrarlanır və bu, tezliklə aradan qaldırılacaq.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun