Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu

17 İyul 2024 08:24

Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun