Pentaqon Gürcüstanla əməkdaşlığı davam etdirmək niyyətindədir

16 İyul 2024 23:32

Pentaqon birgə təlimlərin ləğv edilməsinə baxmayaraq, Gürcüstanla əməkdaşlığı davam etdirmək niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qafqaz respublikasının "suverenliyini və ərazi bütövlüyünü gücləndirmək" yollarını axtaracaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun