AVRO-2024-ün ən yaxşı qolu müəyyənləşdi - VİDEO

16 İyul 2024 23:25

Avro-2024-ün ən yaxşı qolu açıqlanıb.

Milli.Az UEFA-nın saytına istinadən xəbər verir ki, yarımfinalda İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən yaxşısı seçilib.

16 yaşlı futbolçu qarşılaşmanın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından rəqib qapısına yol tapıb.

Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun