Qonşumuz turizmdən 4,5 milyard gəlir götürəcək

16 İyul 2024 22:52

Gürcüstanın beynəlxalq hava limanları (Tiflis, Kutaisi, Batumi) cari ilin yanvar-iyun aylarında 3,2 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İlin ilk altı ayında Gürcüstan hava limanları vasitəsilə yüklərin daşınmasının həcmi 23 faiz artaraq 11,02 milyon tona çatıb.

Gürcüstan hakimiyyəti bu il ölkəyə 7,9 milyon xarici turistin ziyarət edəcəyini, turizm gəlirlərinin isə 4,3 milyard dollardan (2023-cü il) 4,5 milyard dollara artacağını gözləyir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun