Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

16 İyul 2024 22:22

Yunanıstan səlahiyyətli orqanları bəzi müəssisələrə işçilərinin bu həftə gündüz saatlarında açıq havada ağır iş görməsinə icazə verməməyi əmr edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Belə ki, çərşənbə axşamından cümə gününə qədər inşaatçılar, kuryerlər, eləcə də digər açıq havada çalışanlar axşam saat 5-ə qədər işlərini dayandırmalı olacaq.

Bildirilib ki, Yunanıstanın bəzi bölgələrində temperaturun 42-43 dərəcəyə çatacağı gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun