İsrail Qəzzada məktəbi VURDU, azı 20 nəfər ölüb

16 İyul 2024 19:26

İsrailin Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsində yerləşən Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) məktəbinə hücumu nəticəsində azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, hücuma məruz qalan binada minlərlə köçkün yaşayıb. Fələstinin WAFA agentliyi bildirib ki, azı 50 nəfər Nuseyrat xəstəxanasında müalicə olunub.

UNRWA "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, İsrail qüvvələri son 10 gün ərzində onunla əlaqəli beş məktəbi hədəf alıb. Bununla yanaşı, agentlik beynəlxalq ictimaiyyəti anklavdakı BMT obyektlərini qorumağa çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun