Lavrov: Ukrayna münaqişəsinin həlli üçün...

16 İyul 2024 19:04

Ukrayna münaqişəsinin həlli üçün Qərbdən Rusiyaya qarşı yönəlmiş təhdidlər aradan qaldırılmalıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Ölkəsi Ukrayna məsələsində tərəflərin maraqları arasında balansın tapılması istiqamətində fəaliyyət göstərməyə hazırdır.

Diplomat NATO-nu ölkəsinə qarşı müharibəyə başlamaqda günahlandırıb. Onun qənaətinə görə, alyansın bu istiqamətdəki fəaliyyətinə ABŞ ciddi dəstək verir.

S. Lavrov bəyan edib ki, rəsmi Vaşinqton zaman-zaman müttəfiqlərinə təkcə Avropada deyil, dünyanın müxtəlif nöqtələrində uzunmüddətli müharibələrə hazır olmaqla bağı çağırış edir.

Rusiyalı nazir eyni zamanda Ukraynada sülhün bərqərar olmasına çağırış edən tərəfləri ruslar da daxil olmaqla, bu ölkədə yaşayan milli azlıqların üzləşdiyi problemləri nəzərə almağa çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun