Urmu sakinləri aksiya keçirdi, Pezeşkiana müraciət etdi

16 İyul 2024 17:53

Güneyli gənclər Xoy şəhərində aksiya keçiriblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Yarpaq" Ekoloji Cəmiyyətinin üzvləri dünən Xoy şəhərində ekoloji problemləri əks etdirən etiraz bannerləri ilə şəhərə atılan tullantıları təmizləyiblər.

"Urmu gölü susuzdur!"; "Güney Azərbaycanın Urmu gölü ilə bağlı tələbi"; "Plastiklər qadağan edilsin!"; "Cənab Pezeşkian, ətraf mühit və mədəni irs üçün bir şey edin!"; "Uran mədəni ilə bağlı qərar verilməsi xalqın tələbidir!", - Güneyli gənclər bu şüarları səsləndiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun