Bu qruplara qeydiyyat başladı, portal çökdü

16 İyul 2024 17:04

Xəbər verdiyimiz kimi, bu gün saat 15:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hazırda portala daxil olub, kabinet yaratmaqda problemlər yaşanır.

Bənzər problem səhər saatlarında başlamalı olan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat prosesi zamanı da müşahidə olunub. Bu səbəbdən portal bir neçə saat sonra fəaliyyət göstərə bilib. Nəticədə qeydiyyatda gecikmələr yaşanıb.

Səbəb kimi portala çoxsaylı giriş edilməsi ehtimal olunur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun