Bakıda yaxta “kirayəsi”: pulu alıb yox oldular - VİDEO

16 İyul 2024 16:46

İnstaqramda endirimli qiymətlərlə Xəzərdə yaxta kirayəsi təklifi edən "Rentyaxt.baku" səhifəsi dələduzluq edir.

Milli.Az xəbər verir ki, bu barədə "Xəzər Xəbər" məlumat yayıb.

Məlumata görə, vətəndaş Nazlı Mahmudlu "Rentyaxt.baku" ilə əlaqə saxlayaraq, yaxta kirayələmək istəyib.

"Kirayəçi"lər yaxtanı 6 saatı 140, 12 saat 190, 24 saatı isə 240 manata təklif edib.

İnstaqramda bir çox istifadəçiinin qarşısına çıxan yaxta kirayəsi səhifəsi ödənişi öncədən alaraq, əlaqə nömrəsini başqa nömrəyə yönləndirib, sonra "yoxa çıxıb"lar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun