Əgər Rusiya Ukraynadakı silahlı münaqişədə qalib gəlsə, Rusiya ilə Qərb arasında potensial müharibə inanılmaz dərəcədə yaxın olacaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikri "Virtualna Polska" portalına müsahibəsində Polşa prezidenti Andjey Duda deyib.
Onun sözlərinə görə, NATO hərbi münaqişəyə hazır olmalıdır:
"Müəyyən mənada bəli, NATO müdafiə ittifaqıdır, lakin qədim müdrik kəlam var: Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Alyans o qədər güclü olmalıdır ki, heç kim ona hücum etmək fikrinə düşməsin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun