Azərbaycan klubu Ekvador yığmasının forvardını alır
20 İyun 2012 17:59
Avropa Liqasına hazırlıqlarını davam etdirən "Bakı" Ekvador yığmasının hücumçusu Feliks Borxa ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, "zolaqlılar" artıq bu oyunçuya müqavilə təklif ediblər.
Hazırda yerli "Pachuca" klubunun şərəfini qoruyan 29 yaşlı hücumçu "Bakı"nın təklifini qəbul edib. Sabah o, bakılıların hazırlıq keçdiyi Sloveniyaya yola düşəcək və klub rəhbərliyi ilə görüşdən sonra rəsmi müqavilə imzalanacaq. "Bakı" təcrübəli forvardla 1+1 sistemi ilə müqavilə imzalamağa hazırlaşır.
Qeyd edək ki, Borxa 2001-2006-cı illər arasında "El Nacional"da çıxış edib və 122 oyuna 51 qol vurub. 2006-2008-ci illərdə isə Yunanıstanın "Olympiacos" klubuna keçib və burda 23 görüşdə 5 dəfə fərqlənib. Həmin vaxt Almaniyanın "Mainz" klubu Borxanı icarəyə götürüb. Nəticədə ekvadorlu futbolçu Bundesliqada 32 oyuna 16 qol vurub. 2008-ci ildə isə "Mainz" onun transfer hüquqlarını tam olaraq ələ keçirib. 2010-cu ilə qədər bu komandada qalan Borxa daha 20 oyun keçirərək 6 qol vurub. 2010-2011 mövsümündə "Puebla"da çıxış edən futbolçu 15 oyun keçirib (6 qol). 2011-ci ildən isə "Pachuca"da forma geyir.
Borxa 2005-ci ildən Ekvador yığmasına da çağırılıb və millidə 21 oyuna 3 qol vurub.
Milli.Az