Türkiyə Azərbaycanın bu addımını alqışladı

16 İyul 2024 15:10

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlamasını alqışlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Türkiyə Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin öz məcrasına qayıtmasını bölgədə sabitlik və əməkdaşlıq ruhu üçün vacib hesab edir", - bəyanatında bildirilib.

Qeyd edək ki, ötən gün Azərbaycan XİN Tehranda səfirliyimizin fəaliyyətini yeni binada bərpa etdiyini və səfirlik əməkdaşlarının iş yerinə qayıtdığını elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun