Dünən həlak olan hərbçilərimizə şəhid statusu verilə bilər

16 İyul 2024 14:06

Dünən həlak olan hərbi qulluqçumuza şəhid statusu verilə bilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Milli.Az-a bildirib ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.

"Belə bildiriş daxil olarsa, şəhid statusu verilə bilər", - o qeyd edib.

Xatırladaq ki, ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun