Cenk Tosun "Beşiktaş"ı "Fənərbağça"ya dəyişdi

16 İyul 2024 13:14

2014-cü ildən "Beşiktaş" klubunun şərəfini qoruyan Cenk Tosun komandadan ayrılaraq "Fənərbağça"ya transfer olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, Cenk Tosun "sarı-lacivərtlər"lə iki illik müqavilə imzalayıb.

"Beşiktaş" klubu Cenk Tosuna bu günə kimi göstərdiyi xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, Cenk Tosun "Beşiktaş" forması ilə ümumilikdə 277 oyunda meydana çıxıb. Hücumçu 96 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun