Ötən gün həlak olan hərbçimizin sonuncu rəqsi - VİDEO

16 İyul 2024 12:47

Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan Zaqatalalı hərbçinin iştirak etdiyi sonuncu toydan görüntüləri yayılıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, yaxınlarının dediyinə görə, bu, mərhumun ailəsi ilə sonuncu rəqsi olub.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Zaqatala sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yunis Vasif oğlu Abbasov uçqun altında qalaraq dünyasını dəyişib.

Hərbçi bu gün Zaqatalada torpağa tapşırılacaq. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun