İranda zəlzələ oldu

16 İyul 2024 10:14

İranın Kerman əyaləti Sirah rayonunda Rixter şkalası üzrə 4,9 maqnitudalıq zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə iyulun 16-da yerli vaxtla saat 4.49-da baş verib.

Bildirilib ki, yeraltı təkanlar 8 km dərinlikdə qeydə alınıb.

İtki və dağıntı barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun