Olimpiada ərəfəsində qalmaqal: Tarakanlar polisləri ayağa qaldırdı

22 İyul 2024 02:02

Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesində daha bir problem ortaya çıxıb. Oyunlar zamanı təhlükəsizliyi təmin edəcək polis əməkdaşları onlar üçün ayrılmış müvəqqəti yaşayış yerlərindəki şəraitdən ciddi narazılıq ediblər.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az "Svejesti" "Telegram" kanalına istinadla xəbər verib.

Bildirilir ki, polis işçiləri üçün ayrılmış yaşayış yerləri əvvəllər tələbələrin məskunlaşdığı tələbə yataqxanasıdır. Lakin otaqlarda taxtabiti və tarakanların olması ciddi narahatlıq doğurub. Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, bu şəraitdə yaşamaq mümkün deyil.

Qeyd edək ki, Olimpiya oyunlarının keçiriləcəyi Parisdə Sena çayının çirkliliyi də son günlərin ən çox müzakirə edilən mövzusudur.

Xatırladaq ki, 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris Olimpiadasında 10 500-dən çox idmançının iştirakı gözlənilir. Tədbirin təhlükəsizliyini təmin etmək üçün on minlərlə polis əməkdaşı və təhlükəsizlik işçisinin cəlb olunması planlaşdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun