MN: Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu

15 İyul 2024 20:34

Müdafiə Nazirliyi Abbasov Yunis Vasif oğlunun həlak olması ilə bağlı məlumatı Millli.Az-a təsdiq edib.

Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun