Florida məhkəməsi Trampa qarşı açılmış cinayət işini bağladı

15 İyul 2024 20:41

Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı bütün ittihamları rədd etmək qərarına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, müvafiq qərar qurumun elektron məlumat bazasında dərc olunub.

Hakim Eylin Kennonun qərarında deyilir ki, xüsusi prokuror Cek Smitin təyin edilməsi ABŞ Konstitusiyasının Təyinatlar Maddəsini pozduğuna görə Trampa qarşı ittihamlar rədd edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun