Daha bir klinikaya qaraciyər və böyrək transplantasiyası üçün icazə verildi

15 İyul 2024 19:24

Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya "Yeni Klinika" da əlavə olunub.

Qərarla klinika qaraciyər və böyrəklər transplantasiyasını həyata keçirə biləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun