Yataqda siqaret çəkən kişi faciəvi şəkildə öldü

15 İyul 2024 18:37

Şəkidə 57 yaşlı kişi yataqda yanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. O, aldığı xəsarətdən orada ölüb.

Araşdırma zamanı məlum olub ki, M. Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxuya gedən M. Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun