İspaniya Ukraynaya növbəti hərbi yardım paketini göndərib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.
Yeni paketə 10 ədəd "Leopard 2A4" tankı daxildir. Bununla da adı çəkilən ölkənin Ukrayna tərəfinə verdiyi tankların sayı 20 ədədə çatıb.
Qeyd edək ki, İspaniya hökuməti bir qədər əvvəl Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini, növbəti yardımın yaxın aylarda göndəriləcəyini açıqlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun