Çempion olan İspaniya bu qədər qazandı

15 İyul 2024 17:22

Avropa çempionu olan İspaniya millisi 28 milyon 250 min avro mükafat qazanıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, yarışda iştirak edən hər bir komandaya 9.25 milyon avro ödənilib. Qrupdan çıxmaq üçün isə hər komandaya 1.5 milyon avro, 1/4 finala yüksələnlər əlavə 2.5 milyon avro verilib.

Yarımfinala vəsiqə qazanan 4 komanda 4 milyon avro qazanıb. Yarışda Türkiyə millisi ümumilikdə 15 milyon 250 min avro əldə edib. Finalda uduzan İngiltərə millisi isə 24 milyon 250 min avro qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun