Dünyada nə qədər milyonçu var? - HESABAT - REYTİNQ

20 İyun 2012 15:43
Milli.Az "Reuters"ə istinadən bildirir ki, onların varidatlarının toplam həcmi 42 trilyon dollardır.

Kanadanın aparıcı bankı olan "Royal Bank of Canada"nın hazırladığı ənənəvi "Dünya varidatı haqqında" hesabatının digər müəllifi "Capgemini" konsaltinq şirkətidir.

Ekspertlər qiymətli kağızlara ən azı 1 milyon dollar yatırmış insanları hesaba alıblar. 71 ölkənin vətəndaşlarının nəzərə alındığı hesabat hazırlanarkən milyonçuların daşınmaz əmlakları, avtomobil və yaxtaları, ziynət əşyalarının dəyəri hesablanmayıb.
Milyonçuların sayına görə Asiya-Sakit Okean regionu ilk dəfə olaraq Şimali Amerikanı geridə qoyub.

ABŞ və Kanadada milyonçuların sayı ötən illə müqayisədə 39 min nəfər azalaraq 3,35 milyon olub. Çinin iqtisadi inkişaf sayəsində Asiya-Sakit Okean regionu ölkələrində isə milyonçuların sayı 1,6 faiz artaraq 3,37 milyon nəfərə çatıb.

Bununla belə, Şimali Amerika və Asiya-Sakit Okean regionu ölkələrində milyonçuların toplam varidatı müvafiq olaraq 2,3 faiz və 1,1 faiz azalaraq 11,4 trilyon və 10,7 trilyon olub.
Eyni təmayül Yaxın Şərq istisna olmaqla hər yerdə müşahidə olunur.

Avropada milyonçuların sayı 1,1 faiz artaraq 3,2 milyon nəfərə çatsa da, onların toplam varidatı 1,1 faiz azalaraq 10,7 trilyon dollar olub.

Dünya bazarlarında xam neftin qiyməti bahalaşdığından Yaxın Şərqdə milyonçuların sayı 2,76 faiz artaraq 450 min nəfər olub. Onların 1,7 trilyon dlollarlıq varidatı var.

Çində 562400 milyonçu var. Hindistanda milyonçuların sayı 18 faiz, Honkonqda - 17,5 faiz, Polşada 7,8 faiz, Sinqapurda isə 7,3 faiz azalıb.

Milyonçuların sayına görə dünya ölkələrin ilk onluğu belədir:

1. ABŞ - 3,068 milyon nəfər
2. Yaponiya - 1,822 milyon
3. Almaniya - 1,822 mln
4. Britaniya - 951 min
5. Çin - 562,4 min
6. Fransa - 404 min
7. Kanada - 280 min
8. İsveçrə - 252 min
9. Avstraliya - 180 min
10. İtaliya - 168 min.

Milli.Az