Yayda spirtli içki içmək niyə təhlükəlidir?

20 İyul 2024 14:00

İstidə susuzluğunuzu spirtlə yatırsanız, ürəyinizə güc düşəcək.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi Narkologiya Mərkəzinin direktoru professor Tatyana Klimenko xəbərdarlıq edib.

O bildirib ki, alkoqol və istiliyin birləşməsi kapilyarların genişlənməsinə, kapilyar şəbəkənin qanla dolmasına və nəticədə qan təzyiqinin azalmasına səbəb olur:

"Buna görə də, içki içdikdən sonra insan zəiflik, süstlük, yuxululuq hiss edir".
Professor bununla bağlı ikinci riskin həm istiliyin, həm də spirtin bədəndə maye itkisini sürətləndirməsi ilə bağlı olduğunu deyib:

"Eyni zamanda, bədən təkcə suyu deyil, həm də duzları və mikroelementləri itirir ki, bu da ürək-damar sisteminə yükü artırır".

Professor isti havalarda maye itkisinin qarşısını almaq üçün, az miqdarda (100 ml), ancaq tez-tez su içməyi məhləhət görüb. O, suyun otaq temperaturunda olmasını tövsiyə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun