Yeni Şuşanın köhnə ab-havası - VİDEO

15 İyul 2024 15:53

Şuşaya qayıtmış Elşən Əliyev pedaqoji fəaliyyətini burada davam etdirəcək.

Şəhərin yeni simasını da bəyənir, yeni yaşayış məhəlləsindəki mənzilini də... Üstəlik, təzə qonşular köhnə Şuşanın ab-havasını bərpa etməyə çalışırlar. Elşən müəllimin qayıdış sevincini bölüşdüyü videoçarxı təqdim edirik.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun