Çeçenistanda tikintidə partlayış - 5 nəfər ölüb, yaralılar var

15 İyul 2024 15:20

Çeçenistanda tikintidə partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, partlayış Başin-Kali kəndində tikinti meydançasında baş verib.

İlkin versiyaya görə, qaz balonu partlayıb.

Partlayış nəticəsində ən azı 5 nəfərin öldüyü, 26 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Zərbənin gücündən dağıntıların olduğu barədə də məlumatlar var.

Partlayışın səbəbi hələlik açıqlanmayıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun