Daşkəsənin yeni icra başçısı kimdir? - DOSYE

15 İyul 2024 13:44

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, bu vəzifədə ötən il işdən çıxarılan Əhəd Abıyevin yerinə təyin edilib.

Musavat.com xəbər verir ki, Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetini bitirib.

O.Abbasov Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun