AVRO-2024-ün yayımı zamanı partlayış: Ölənlər və yaralananlar var - VİDEO

15 İyul 2024 12:10

Somalinin paytaxtı Moqadişo şəhərində AVRO-2024-ün yayımı zamanı partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Shabelle" teleradio şirkəti məlumat verib.

Məlumata görə, yerli əhalinin futbol üzrə Avropa çempionatının İngiltərə və İspaniya milliləri arasında keçirilən final matçını izlədiyi məşhur kafenin yaxınlığında bomba qoyulmuş avtomobil partladılıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun