Çəkdiyi siqaret özünü yandırdı

15 İyul 2024 11:54

Şəki rayonunda 57 yaşlı kişi yataqda yanıb.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində qeydə alınıb.

Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxuya gedən M.Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub. Qonşuların köməkliyi ilə yanğın söndürülüb.

M.Nəbiev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun