İçməli suyun baha olduğu ölkələr

15 İyul 2024 11:00

Monakoda 1,5 litr içməli su orta hesabla 5,8 dollara başa gəlir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu şəhər dövlətini içməli suyun ən baha olduğu ölkələrin antireytinqində lider edir.

Siyahıda sonrakı yerləri əsasən Karib hövzəsi və Afrika ölkələri tutur: Antiqua və Barbuda, Mərkəzi Afrika Respublikası, Barbados, Baham adaları, Kosta-Rika, Qrenada və Eritreya.

Birləşmiş Ştatlar dünyanın ən böyük iqtisadiyyatları arasında ən bahalı içməli suya sahib olan yeganə dövlətdir. ABŞ-də 1,5 litr içməli su üçün orta hesabla 2,19 dollar ödəməli olacaqsınız. Bu göstərici ilə ölkə səkkizinci yerdə qərarlaşıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun