Atıcı peşəkar olub: güllə ona görə qulağa dəyib ki... - Ekspert

15 İyul 2024 09:02

Donald Trampa sui-qəsd cəhdi edən atıcı təcrübəli olub və ehtimal ki, hücumdan əvvəl təlim keçib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu odlu silahlar və döyüş sursatları üzrə amerikalı ekspert Lars Vinkelsdorf "Bild"ə Donald Trampa sui-qəsd cəhdinin videosunu təhlil etdikdən sonra deyib.

"O, ilk atəşlə Trampı vurdu. Zərbənin ancaq eks-prezidentin qulağına dəyməsi Trampın bəxtinin gətirməsidir. Atıcının nöqteyi-nəzərindən güllə dörd santimetr sağa getsəydi, o zaman güllə Trampın başına dəyəcək və ABŞ-ın keçmiş prezidenti çox güman ki, ölmüş olacaqdı. Atıcı təcrübəli və silahlardan anlayışı olan biridir. O, Trampdan təxminən 135 metr aralıda damda uzanmışdı. Siz sadəcə atəş aça bilməzsiniz, bu çətindir. Bunu etmək üçün təcrübə və xüsusi biliyə sahib olmaq lazımdır. Baş kiçik bir hədəfə bənzəyir, optika olmadan onu vurmaq çətindir. Bundan əlavə, qatil çox güman ki, xüsusi sursatdan istifadə edib", - o bildirib.

Mütəxəssisin fikrincə, atıcı hədəfdən çox az yayınıb ki, bu da güclü külək nəticəsində baş verə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun